Şəhid ailəsi üçün Prezident təqaüdü artırılıb

Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü 100 manat artırılıb.

Bu, Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında öz əksini tapıb.

Fərmana əsasən, 2025-ci il iyulun 1-dən təqaüdün məbləği “600 (altı yüz)” manatdan “700 (yeddi yüz)” manata artırılıb.

Hüquqi xidmətlər və məsləhətlərlə bağlı ödənişli əsaslarla bizə müraciət edə bilərsiniz.

Tel: 055 212 35 55