İşləməyə başlayanda əlillik müavinəti kəsilir? – AÇIQLAMA
Əmək fəaliyyətinə başlamaq əlilliyə görə müavinətin kəsilməsi üçün əsas deyil.
Bunu vəkil Turan Abdullazadə deyib.
Onun sözlərinə görə, “Sosial müavinətlər haqqında” qanuna əsasən, əlilliyə görə müavinət əlillik müddətinə təyin edilir. Əlilliyə görə müavinət yalnız şəxs əmək pensiyası hüququ əldə etdikdə, vəfat etdikdə, əlilliyi etibarsız hesab edildikdə və əlillik müddəti başa çatdıqda dayandırılır.
“Yəni şəxs əmək fəaliyyəti ilə məşğul olduqda onun əlilliyə görə aldığı müavinət ləğv olunmur”, – vəkil bildirib.
T. Abdullazadə deyib ki, yaşa görə təyin olunan müavinət isə şəxs əmək fəaliyyətinə başladıqda dayandırılır.
