Subay şəxs övladlığa uşaq götürə bilərmi?
Övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. Bəs evli olmayan şəxslər də övladlığa uşaq götürə bilərmi?
Övladlığa götürən şəxs nikahda deyilsə, Ailə Məcəlləsinin 121.2-ci maddəsinə əsasən, ögey ata (ögey ana), habelə yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olmayan şəxslə (şəxslərlə) övladlığa götürülən uşağın yaş fərqi 18-dən az olmamalıdır.
Qeyd edək ki, aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər.
