Məhkəmədə iddia qaldırma müddətləri necə tənzimlənir?

Məhkəmədə mülki işlərə başlamaq üçün qanunvericilikdə müddətlər nəzərdə tutulur. Bu müddətlər hər hansı hüquqi faktın baş verməsiylə bağlıdır. İddia müddəti isə hüquqi faktın baş verməsinin tərəfə məlum olduğu andan başlayır.

Qanunvericilikdə aşağıdakı iddia müddətləri nəzərdə tutulur:

Mülki məsələlər barədə ümumi iddia müddəti – 10 il, müqavilə tələbləri üzrə – 3 il;

Daşınmaz əşyalarla bağlı müqavilələrdə – 6 il;

Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə – 3 il.

Xüsusi müddət nəzərdə tutan, həmçinin müddət tətbiq olunmayan mülki məsələlər, ailə məsələləri barədə iddia müddəti:

Pozulmuş hüquqların müdafiəsi üçün Ailə Məcəlləsində müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur. Keçmiş ər-arvad bir birinə qarşı əmlak tələbini nikah pozulduğu gündən 3 il müddətinə qaldıra bilər.

Qeyd edək ki, əmək mübahisələri və inzibati mübahisələr üzrə pozuntudan asılı olaraq, fərqli müddətlər tətbiq olunur. Bu müddətlər 3 gündən başlayaraq, bir neçə illərə qədər ola bilər.

Hüquqi xidmətlər və məsləhətlərlə bağlı ödənişli əsaslarla bizə müraciət edə bilərsiniz.

Tel: 055 212 35 55