Əhali üçün elektrik enerjisinin qiyməti artırıldı

Elektrik enerjisinin ölkədaxili tarifləri dəyişib.

Bu barədə Tarif Şurası qərar verib.

Qərara əsasən, əhali üzrə aylıq istehlak həcmi:

– 200 kVts olan hissə üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi 0,4 qəpik (5%) artırılaraq 8 qəpikdən 8,4 qəpiyə;

– 200 kilovatt saatdan 300 kilovatt saatadək olan hissə üçün 1 qəpik (11,1%) artırılaraq 9 qəpikdən 10 qəpiyə;

– 300 kilovatt saatdan çox olan hissə üçün 2 qəpik (15,4%) artırılaraq 13 qəpikdən 15 qəpiyə dəyişdirilib.

1 kilovatt saat elektrik enerjisinin orta tarifi əhali üzrə – 0,7 qəpik (7,8%) artırılıb.

Tarif dəyisikliyindən sonra əhali abonentlərin orta aylıq xərcinin aşağıdakı kimi artacagı gözlənilir:

– 65% abonent üzrə – 45 qəpik,

– 20% abonent üzrə – 1 manat 33 qəpik,

– 15% abonent (daha çox istehlak edən) üzrə – 5 manat 61 qəpik.

Göründüyü kimi, əhalinin 65%-i üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi maksimum aşağı səviyyədə – 0,4 qəpik (5%) artırılır.

Qərar 2025-ci il 2 yanvar tarixindən qüvvəyə minir.

Hüquqi xidmətlər və məsləhətlərlə bağlı ödənişli əsaslarla bizə müraciət edə bilərsiniz.

Tel: 055 212 35 55