Somalinin Azərbaycandakı qeyri-rezident səfiri XİN-in protokol rəhbəri ilə görüşüb

Somalinin Azərbaycandakı qeyri-rezident səfiri Fathudin Ali Mohamed Xarici İşlər Nazirliyinin Dövlət protokolu idarəsinin rəisi Anar Nəcəfliyə etibarnaməsinin surətini təqdim edib.

Bu barədə Somalinin Türkiyədəki səfirliyinin mətbuat xidməti məlumat yayıb.

“Səfir Fathudin Ali Mohamed bu gün Ankarada iqamət edən qeyri-rezident səfir olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin protokol rəhbəri cənab Anar Nəcəfliyə etibarnaməsinin surətini təqdim edib”, – məlumatda diqqətə çatdırılıb.

Xatırladaq ki, afrikalı diplomat may ayında etibarnaməsini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim etmişdi.

Hüquqi xidmətlər və məsləhətlərlə bağlı ödənişli əsaslarla bizə müraciət edə bilərsiniz.

Tel: 055 212 35 55