“44 günlük dastan” adlı tədbir keçirilmişdir

27 sentyabr Anım Gününə həsr olunmuş silsilə tədbirlərdən daha biri F. Köçərli adına Respublika Uşaq Kitabxanasında baş tutmuşdur. 29 sentyabr 2024-cü il tarixdə “Sübhnur” Tədris Mərkəzi və “NAN Academy” Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan “44 günlük dastan” adlı tədbirin girişi şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı. Sonra Azərbaycanın dövlət himni səsləndirildi və Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirildi. 

Tədbiri giriş sözü ilə açan Sübhnur Tədris Mərkəzinin direktoru, AMEA-nın əməkdaşı Gülnarə Hüseynova şəhidlərimizin döyüş yolunun uşaqlara və məktəblilərə təbliğinin əhəmiyyətindən danışdı. Daha sonra çıxış edənlər Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri,AYB və AJB üzvü, Pərvanə Mehmanqızı, Vətən müharibəsi iştirakçısı, qazi Zakir Qasımov,”NAN Academy” Təhsil Mərkəzinin rəhbəri Nərgiz Məmmədova,Yasamal rayonu 308 saylı tam orta məktəbin ibtidai sinif rəhbəri Sevinc müəllimə və Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun müdiri, tarixçi Şəfa Mövsümov Vətən müharibəsində əldə olunan qələbənin əhəmiyyəti, şəhidlərimizin döyüş yolunun təbliği isitqamətində görülən işlərdən bəhs etmişlər.

Sonra Yasamal rayonu 308 saylı tam orta məktəbin şagirdlərinin ifasında Vətən müharibəsi və qəhrəmanlıq mövzusunda şeirlər səsləndirilmiş, mahnılar ifa edilmişdir.

Tədbirin sonunda xatirə şəkli çəkilmişdir.

Hüquqi xidmətlər və məsləhətlərlə bağlı ödənişli əsaslarla bizə müraciət edə bilərsiniz.

Tel: 055 212 35 55