
Qadın həbsdə olan ərindən necə boşana bilər?
Qadın həbsdə olan ərindən boşanmaq istəyir. Üstəlik onun himayəsində azyaşlı uşağı var. Qadın bu halda həbsdə olan ərindən boşana bilərmi? Əgər nikahı poza bilərsə, hansı rəsmi orqana, yaxud hansı məhkəməyə müraciət etməlidir?
Əgər qadının azyaşlı uşağı varsa, boşanmaq üçün özünün qeydiyyatda olduğu ərazi üzrə məhkəməyə müraciət edə bilər: “Bundan başqa, nikahı ləğv etmək məqsədilə ərinin qeydiyyatda olduğu ərazidəki məhkəmədə iddia qaldırmaq hüququna malikdir”.
Əgər qadının uşağı yoxdursa, o, cavabdehin (ərin) qeydiyyatda olduğu ərazi üzrə məhkəməyə müraciət edə bilər: “Cütlüyün uşağı yoxdursa, cavabdehin razılığı ilə tərəflər heç məhkəmə qaydasında deyil, müvafiq icra hakimiyyəti orqanında, yəni icra doğum, ölüm, evlənmə, boşa(n)ma, övladlığa götürmə hadisələrini qeyd edən vətəndaşlıq vəziyyəti aktları şöbəsində nikahı ləğv etdirə bilərlər. Həbsdə olan ər boşanma işi ilə bağlı məhkəmə iclasına gəlməsə, məhkəmə tərəflərə 3 ay vaxt verə, yaxud verməyə də bilər”.
İddia adətən cavabdehin qeydiyyatda olduğu yer üzrə verilir: “Tutaq ki, cavabdeh daha əvvəl hansısa ünvanda qeydiyyatda olub, lakin həbsdə olarkən həmin ərazidə qeydiyyatdan keçirilir və orada qeydiyyatda olunmuş kimi sayılır. Yəni iddianı ora da vermək olar”.
Ailə Məcəlləsinin 17-ci maddəsinə əsasən, uşağın olub-olmamasından asılı olmayaraq, ər 3 il müddətinə azadlıqdan məhrum edilibsə, qadın məhkəməyə müraciət etmədən müvafiq icra hakimiyyəti orqanında, yəni “ZAQS”da nikahı ləğv etdirə bilər.