
Konstitusiya Məhkəməsi parlament seçkisi ilə bağlı qərar verəcək
Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkinin nəticələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclas keçiriləcək.
İclas sentyabrın 21-də saat 15:00-a təyin edilib.
Xatırladaq ki, Milli Məclisə növbədənkənar seçki 2024-cü il sentyabrın 1-də keçirilib. Parlament seçkisində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
Sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası seçkiyə yekun vurub və parlamentin yeni tərkibini açıqlayıb.
Elə həmin gün MSK seçki yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib.