Mənzil sahibi vəfat etdikdə və onun vərəsələri olmadıqda mənzil kimin mülkiyyətinə verilir?

Mənzillə bağlı hüquqi məsələlər günümüzdə ən aktual mövzulardan biridir. Belə məsələlərdən biri də mülkiyyətində mənzil olan şəxsin vəfat etdikdə mənzilin kimin mülkiyyətinə keçməsi ilə əlaqədardır. Üstəlik həmin şəxsin vərəsələri olmadıqda mənzilin “taleyi” daha çox maraq doğurur.

Mövzunun maraqlı olduğunu nəzərə alaraq məsələ ilə bağlı vəkil Fuad Babaşova müraciət etdik.

Vəkil açıqlamasında bildirib ki, mülkiyyətində mənzil olan şəxs vəfat etdikdə və onun vərəsələri olmadıqda həmin mənzil dövlət əmlakına verilir.

Onun sözlərinə görə, sözügedən məsələ Mülki Məcəllənin müvafiq maddəsi və “Notariat haqqında” qanunla tənzimənir: “Vərəsələr yoxdursa, ya da vərəsələr mənzildən imtina ediblərsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum ediliblərsə, o zaman mənzil dövlətə keçir”.

F. Babaşov qeyd edib ki, daşınmaz əmlak dövlət əmlakını idarə edən orqan olaraq Əmlak Məsələləri Dövlət Komitəsinə verilir: “Qanunvericiliyiə əsasən, notarius bununla əlaqədar dövlətə vərəsəlik, yəni mülkiyyət şəhadətnaməsi verir”.

Hüquqi xidmətlər və məsləhətlərlə bağlı ödənişli əsaslarla bizə müraciət edə bilərsiniz.

Tel: 055 212 35 55